Dünya şöhrətli məşhur aktyor Robert Redfordun oğlu Ceyms Redford vəfat edib.

Open.az xəbər verir ki, onkoloji xəstəlikdən əziyyət çəkən 59 yaşlı Ceyms Redford, tanınmış rejissor olub.

Sənədli filmlər rejissoru kimi məşhurlaşan mərhum Ceyms Redford, uzun illər qaraciyər xəstəliyindən əziyyət çəkib. Məhz bu səbəbdən Ceyms Redforda iki dəfə qaraciyər köçürülüb.

Qeyd edək ki, 84 yaşlı Robert Redfordun mərhum oğlundan iki nəvəsi var.

Ülviyyə Həsənqızı

Məşhur aktyorun oğlu vəfat etdi