"T2 Trainspotting" filminin ulduzu və keçmiş boksçu olan 42 yaşlı Bredli Uelş Şotlandiyanın Edinburq şəhərində güllələnərək öldürülüb.

Open.az "Telegraph"a istinadən xəbər verir ki, bu barədə Şotlandiya polisi məlumat yayıb.

Polis Uelşin ciddi şəkildə yaralandığını və hadisə yerindəcə həyatını itirdiyini bildirib.

Hadisənin səbəbləri araşdırılır. Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı