"Eşkıya Dünyaya Hükümdar Olmaz" serialının "Hızır Reis"i, məşhur aktyor Oktay Kaynarca sənətindən qazandığı pulları torpağa xərcləyir.

Belə ki, qazandığı pullar ilə torpaq sahəsi aldığını açıqlayan Oktay Kaynarca gənc sənət dostlarına da eyni məsləhəti verib: "Son model bahalı avtomobillərə və mobil telefonlarına xərclədiyiniz pulları torpağa yatırın. "Uşaqlarınız, nəvələriniz qalır, sizdən sonra sizə dua edərlər deyirlər" Bu çox sevdiyim bir cümlədir". deyib.

Məşhur aktyor qazandığı pulları hara xərcləyir?