Türkiyənin məşhur teatr aktyoru Orhan Aydın bir festivala qatılmaq üçün getdiyi İzmirin Urla rayonunda saxlanılıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə 72 yaşlı aktyor "Twitter " hesabında məlumat verib.

O, qaldığı otelin qarşısında bir məkanda oturarkən saxlanıldığını bildirib.

Orhan Aydın haqqında İstanbul Gaziosmanpaşa Prokurorluğanda aparılan bir təhqir araşdırması dosyesi çərçivəsində qiyabi həbs qərarı olduğu öyrənilib.

Gülnar Qafarlı