Ulduzu "Kaybolan Yıllar" serialı ilə parlayan məşhur türk aktyor Saruhan Hünel ötən gün ticarət mərkəzində görüntülənib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, ötən günlərdə ərəb fanatlarının coşqusu ilə qarşılaşan və hər biri ilə ayrı-ayrılıqda şəkil çəkdirən aktyor səudiyyəli şahzadədən evlilik təklifi aldığını açıqlayıb.

"Amma orada şəriət qanunu var və rəsmi evlənə bilmərsiniz. Əlbəttə evlilik tale, qismət işidir", - deyə Saruhan Hünel bildirib.

Gülnar Qafarlı