2021-ci il boşanmaları ilə yadda qalacaq. Yeni ilin ilk günlərində daha bir məşhur cütlük boşanma qərarını açıqlayıb.

Open.az xəbər verir ki, Life&Style jurnalının yaydığı xəbərə görə məşhur aktyor Corc Kluni və Amal (Əməl) Kluni cütlüyü boşanmağa qərar veriblər.

2014-cü ildə ailə quran məşhur cütlüyün əkiz uşaqları var. Hazırda uşaqların boşanmadan sonra kiminlə qalacağı ilə bağlı fikir ayrılıqları var. Belə ki, Corc Kluni uşaqlarının ABŞ-da qalmasını istəyir. Amal Kluni isə övladlarının İngiltərədə təhsil almasını istəyir. Hələlik son nəticəyə gələ bilməyən məşhur cütlük haqqında qərarı məhkəmə verəcək.