Amerikanın məşhur aktrisası, rejissor və biznes ledi Cennifer Eniston ötən gün 51-ci doğum gününü qeyd edib.

Open.az xəbər verir ki, doğum günündə tanınmış jurnallardan birinin fotosessiyasında iştirak edən aktrisanın mükəmməl görkəmi, izləyiciləri tərəfindən çox bəyənilib.

Onun fotolarını 7,5 milyon insan bəyənib.

Qeyd edək ki, Cennifer Eniston 1969-cu ildə Kaliforniya ştatının Şerman Ouks şəhərində, yunan aktyoru Con Eniston ilə şotland və italyan mənşəli aktrisa Nensi Dounun ailəsində dünyaya gəlib.

Aktrisaya şöhrəti "Friends" serialında oynadığı Rachel Green rolu gətiriib və bu rol sayəsində o, Emmi Qızıl Qlobus mükafatlarını qazanıb.

Cennifer Eniston 2000-2005-ci illərdə Bred Pittlə rəsmi nikahda olub.

Ülviyyə Həsənqızı

Məşhur aktrisanı görənlər 51 yaşında olduğuna inanmadılar-FOTO

Məşhur aktrisanı görənlər 51 yaşında olduğuna inanmadılar-FOTO

Məşhur aktrisanı görənlər 51 yaşında olduğuna inanmadılar-FOTO

Məşhur aktrisanı görənlər 51 yaşında olduğuna inanmadılar-FOTO