Məşhur türk aktrisa Hande Erçelə ağır itki üz verib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, aktrisanın bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən anası dünyasını dəyişib.

H.Erçelin anasının vəziyyəti 2 gün öncə pisləşib və bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, aktrisa bu yaxınlarda jurnallardan birinə verdiyi müsahibədə anası üçün donor olacağını bildirmişdi.

Gülnar Qafarlı

Məşhur aktrisaya ağır itki