Türkiyəli aktrisa Bergüzar Korel rəfiqəsi ilə İstanbulun Nişantaşı səmtində görüntülənib.

Open.az xəbər verir ki, ikinci dəfə ana olmağa hazırlaşan aktrisa 8 ay yarımlıq hamilə olduğunu bildirib.

B.Korel övladını qucağına almağa az vaxt qaldığını və çox həyəcanlı olduğunu söyləyib.

Qeyd edək ki, aktrisa həmkarı Halit Ergənçlə ailəlidir. Onların bu nikahdan bir oğlu var.