"Vavilon 5" və "Sağ qalmaq" seriallarının məşhur ulduzu, xorvatiyalı aktrisa Mira Furlan vəfat edib.

Open.az xəbər verir ki, 66 yaşında dünyasını dəyişən aktrisanın ölüm xəbərini onun tvitter səhifəsində nümayəndəsi paylaşıb.

Mira Furlanın vəfat səbəbi açıqlanmasa da, onun son zamanlar səhhətində problem olduğu bildirilib.