Mərhum Türk aktyoru Kemal Sunalın qızı Ezo Sunalın övladı doğulub.
Open.az xəbər verir ki, bu gün doğulan körpənin şad xəbərini Kemal Sunalın həyat yoldaşı Gül Sunal yayıb.
Mərhum ərinə müraciətlə: "Kemal, bir qız nəvəmiz daha oldu. Adı Nova. Mənası parlayan ulduz... İnşallah, par-par parlayan həyatı olacaq. İşıq saçacaq".
Qeyd edək ki, Ezo Sunal 2018-ci ildə musiqiçi Ömer Öztüyen ilə ailə qurub.