Xərçəng xəstəliyindən əziyyət çəkən, Türkiyənin tanınmış sənətkarı, MFÖ qrupunun üzvü Özkan Uğurun ölüm xəbəri yayılıb.

Open.az yayılan bəd xəbərin ardından Özkan Uğurun sosial mediadan açıqlama yaydığını bildirir.

" Sosial mediada yalan xəbər dolaşır. Təəssüf ki, məni yenə də öldürdülər. Allaha şükürlər olsun yaşayıram, yaxşıyam. Sevgilər" yazaraq, izləyicilərinə sağ olduğunu bildirən sənətkarın səhhəti orta-ağırdır.

Ülviyyə Həsənqızı