Hər həftə məşhur qonaq aktyorları ilə izləyicilərinin görüşünə gələn "Menajerimi Ara" serialının bu dəfəki qonaqları İbrahim Kutluay və Şenay Gürler olacaq.

Open.az xəbər verir ki, serialın 28-ci bölümünə qonaq olacaq məşhurların iştirakilə olan fraqmentlər yayımlanıb.

Xatırladaq ki, Barış Falay, Canan Ergüder, Fatih Artman, Serhat Teoman, Ahsen Eroğlu, Deniz Can Aktaş və Ayşenil Şamlıoğlu’nun çıxış etdiyi "Menajerimi Ara" serialı hər bazar axşamı saat 21.00’da Star TV-də nümayiş olunur.