55 gümüş tülkünün xəzindən əldə edilən bahalı kürk geyinərək, heyvansevərləri ayağa qaldıran Bülent Ersoydan sonra, bu dəfə də modelyer Gülşah Saraçoğlu tülkü xəzindən hazırlanan kürklə canlı yayımda görünüb.

Open.az xəbər verir ki, ötən gün "Doya Doya Moda" proqramına təbii xəzdən hazırlanan kürklə çıxan Gülşah Saraçoğlu: "Qardirobumda 8 dəyərli parça var. Sərvət dəyərindədilər. Mən əsla saxta kürk geyə bilmirəm. Üşüyürəm, ona görə də geyinirəm. Bu qədər! Ayrıca dünyada tək kürk geyən mənəm? Məni günah keçisi elan edənlər dönüb özlərinə baxsınlar" deyib.

Bülent Ersoy yalan oldu-O, da proqrama təbii kürklə çıxdı

Qeyd edək ki, 2019-cu ildə sosial media hesabından təbii xəzlərlə olan fotolarını paylaşan tanınmış modelyerə qarşı tənqidlər söylənmişdi.

Bülent Ersoy isə kürklü fotoları ilə bağlı: "Mən bu kürkü yeni almadım. Kürklərimlə mənim fotolarımı çəkən tanışım, illər sonra bu fotoları yayaraq, mənim üzərimdən özünü reklam etmək istəyib" deyə Diva açıqlama edib.

Bülent Ersoy yalan oldu-O, da proqrama təbii kürklə çıxdı