Türkiyənin tanınmış psixoloqu Gülseren Buğdaycıoğlu'nun "Medalın o biri üzü" əsərinin motivləri əsasında ekranlaşdırılan "Masumlar Apartmanı" serialına yeni aktrisa qatılıb.

Open.az xəbər verir ki, bu dəfə seriala "Safiyenin ana nənəsi" təşrif buyurur.

Safiyənin ana nənəsi olacaq Məryəm obrazını Yeşilçam"mın tanınmış siması Serpil Gül canlandıracaq.

Serpil Gül 1962-ci ildə anadan olub. Son illər bir film və seriallarda müxtəlif qadın xarakterləri yaradıb.

Qeyd edək ki, Serpil Gülün "Safiye"nin nənəsi obrazına seçilməsi təsadüfi deyil. Belə ki, Serpil Gül, iri gözləri və üz quruluşu ilə "Safiye"rolunun ifaçısı Ezgi Molaya çox bənzəyir.

Ülviyyə Həsənqızı