Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgül "İnstaqram" hesabında ötən gün Tovuz istiqamətində döyüşlərdə şəhid olan general-mayor Polad Həşimov barədə paylaşım edib.

Open.az xəbər verir ki, sənətçi P. Həşimovun fotosunu paylaşaraq şəhid barədə sosial şəbəkələrdə müzakirə olunan fikirləri qeyd edib.

O, general-mayorun işə ictimai nəqliyyat ilə getdiyini, hər kəsə nümunə olacaq bir insan olduğunu bildirib.