Türkiyənin sevilən ifaçısı Alişan keçmiş dostu və həmkarı Mahsun Kırmızıgüllə illərdir davam edən küsülülüyündən danışıb.

Open.az xəbər verir ki, ifaçı bu barədə Buket Aydının aparıcılığını etdiyi verilişdə açıqlama verib.

O,illər öncə Mahsunun onun atasını təhqir etdiyini dilə gətirib: “Bizim Mahsunla heç bir problemimiz yox idi. Mən ona həmişə böyüyüm olaraq hörmət etmişəm. Bəzən çox şeyə göz yummuşam. Lakin Mahsun bir dəfə atamı təhqir etdi. Bu səbəbdən onu heç vaxt bağışlamayacam və həyatımda yeri yoxdur”.