Dünya şöhrətli ifaçı Madonna səhnəyə çıxmasına 45 dəqiqə qalmış Lissabondakı konsertini ləğv edib.

Open.az xəbər verir ki, sənəçtinin 19 yanvar 20.30-da səhnəyə çıxması gözlənilirdi. Lakin 19.45-də bilet alan izləyicilərə mesaj göndərilərək konsertin təxirə salındığı bildirilir.

Madonna İnstaqramda səhnə çıxa bilmədiyi üçünhər kəsdən üzr istəyib:

“Gecəni təxirə saldığım üçün üzr istəyirəm. Amma səhhətimə diqqət yetirməli və istirahət etməliyəm. Ümid edirəm ki, görüşəcəyik”.

Qeyd edək ki, 61 yaşlı sənətçi ötən il “Madame X” turnesi çərçivəsində Bostonda 3 konsertini təxiri salmış, səhhətində problem yarandığı üçün bu addımı atdığını söyləmişdi.(Axsam.az)