Dünya şöhrətli amerikalı müğənni Ledi Qaqa ötən gün Las-Veqasda konsert proqramı ilə çıxış edib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Hollivudun məşhur cütlüyü Bredli Kuper və İrina Şeykin ayrılmasına səbəb olduğu iddia edilən müğənni konsertdə pərəstişkarlarını təhqir edib.

Konsertdə bəzi heyranları Qaqaya səslənərək, Kuperin harada olduğunu soruşublar. Buna əsəbləşən dünya ulduzu pərəstişkarlarını söyüb.

O, "Oskar" mükafat gecəsində Bredli Kuper ilə səsləndirdiyi " Shallow" mahnısını oxumamışdan öncə pərəstişkarlarına "Ya kübar olun ya da çıxıb gedin" deyə bildirib.

Gülnar Qafarlı

Ledi Qaqa pərəstişkarlarını təhqir etdi - Bredli Kuperə görə...