Dünya şöhrətli müğənni Ledi Qaqa musiqi və film sektorundan sonra gözəllik aləminə də keçid edib.

Open.az xəbər verir ki, "Haus Lab" adlı kosmetik markası yaradan Ledi Qaqa, ötən gün "Stupid Love" adlı yeni göz kölgələrinin (far palet) təqdimatını keçirib.

"Oskar" və "Qremmi" mükafatlarının sahibi olan 34 yaşlı Ledi Qaqa "Stupid Love" adlı göz kölgələrini sosial media hesabından reklam edib.

Qeyd edək ki, göz gölgələri palettində 18 müxtəlif rəng var.

Ledi Qaqa musiqidən sonra bu sahədə də sürətlə irəlləyir

Ledi Qaqa musiqidən sonra bu sahədə də sürətlə irəlləyir