Noyabrın 29-da Park Bulvar AVM-də məşhur türkiyəli aktyor Oqtay Kaynarcanın imza günü keçiriləcək.

Open.az xəbər verir ki, O.Kaynarca Park Bulvar AVM-in 2-ci mərtəbəsində yerləşən “Kiğılı” mağazasının açılışında iştirak edəcək və sevənləri ilə görüşəcək.

Elə həmin gün, noyabrın 29-u saat 18.00-da Park Bulvar AVM-in 1-ci mərtəbəsində məşhur aktyorun imza günü olacaq.

Qeyd edək ki, Oqtay Kaynarca daha çox "Qurdlar vadisi" serialında canlandırdığı "Süleyman Çakır" rolu ilə tanınır. (kult.az)