İllər öncə reytinqlərin lideri olan “Kurtlar Vadisi” serialı yenidən ekranlara qayıdır.

Open.az xəbər verir ki, 2 mövsümdür yayımı dayandırılan serial bu dəfə “Netflix” yayım platformasında yayımlanacaq.

2020-ci ildə yayımlanacaq olan ekran işinin adı "Kurtlar Vadisi Kaos" olacaq.

Xatırladaq ki, serial ötən mövsümlərdə “Kanal D” və TRT ilə müqavilələr bağlasa da, sonradan baş verən anlaşılmazlığa görə serial yenə də yayımlanmayıb.