Amerikanın məşhur aktrisası və müğənni Alissa Milano koronavirusa yoluxduğunu və ağır müalicədən sonra artıq sağaldığını etiraf edib.

Open.az xəbər verir ki, mart ayında virusa yoluxan aktrisa, xəstəliklə mübarizə apardığı aylarda "Öləcəyimi düşündüm" söyləyib.

Koronaya yoluxan məşhur aktrisa: Öləcəyimi düşündüm

47 yaşlı aktrisa etiraf edib ki, özünü pis hiss etdiyi günlərdə testdən keçib. Amma ilk testin cavabı neqatif olub. Amma aprelin 2-dən vəziyyəti daha da ağırlaşan Alissa Milano, xəstəxanaya müraciət edib. "Belə hissləri heç zaman yaşamadım. Nəfəs ala bilmirdim. Sanki köksümdə fil oturmuşdu. Hər yerim ağrıyırdı, qoxu ala bilmirdim. Qızdırmam var idi və iki həfətədə 4 kq çəki itirmişdim" deyən A.Milano, sağaldıqdan sonra yenidən testlərdən keçib.

Antikor testindən keçdiyini deyən aktrisa: "Antikor testlərim pozitiv çıxdı. COVİD-19 keçirdiyim bir daha sübut olundu".

Qeyd edək ki, Alissa Milanonun vəziyyəti artıq yaxşıdır.

Ülviyyə Həsənqızı

Koronaya yoluxan məşhur aktrisa: Öləcəyimi düşündüm