Türkiyənin Samsun şəhərində yaşayan 38 yaşlı İlkay Gümüşsu koronovirusdan qorunmağın özünəməxsus yolunu "icad" edib.

Open.az xəbər verir ki, nadir ağcaqayın ağacının kövdəsini oyan İlkay Gümüşsu, ağacın içində "gizlənərək" "Korona gəlsin də məni burada tapsın. Ağacdələn kimi ağacı oyub, içində oturmuşam. Buranı özümə yuva etmişəm" deyib.

Sadə vətəndaşın bu paylaşımının ardından Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları hərəkətə keçiblər. Ağacın 3-də 2-sini oyan İlkay Gümüşsuyə xəbərdarlıq edilib və müəyyən məbləğdə cərimə kəsilib.

Ülviyyə Həsənqızı