Kolombiyalı məşhur müğənni J Balvin koronavirusa yoluxduğunu bildirib.

Open.az xəbər verir ki, əsl adı José Álvaro Osorio Balvin olan müğənni, virusa yoluxduqdan sonra ağır günlər yaşadığını, amma hazırda vəziyyətinin stabil olduğunu deyib.

35 yaşlı məşhur müğənni izləyicilərinə müraciətlə: "Koronavirusla ağır mübarizə apardım. Hazırda yaxşıyam. Sağalma müddətimdəyəm. Sizə deyim ki, ağır günlər yaşadım. Bəzən düşünürsünüz ki, bu mənim başıma gəlməz. Amma virus çox təhlükəlidir. Xahiş edirəm ki, virusu ciddi sayın. Özünüzü qoruyun. Bu virus həqiqətdir və çox dəhşətlidir" deyib.

Koronavirusa yoluxan müğənni: Virusla zarafat etməyin, çox təhlükəlidir