Koronavirus infeksiyasına yoluxan aktyor Ali Sunalın müalicəsi davam etdirilir.

Open.az türk mediasına istinadən xəbər verir ki, sənətçi səhhətinin yaxşılaşdığını açıqlayıb.

O bildirib ki, artıq evə buraxılıb: "Maraqlanan hər kəsə təşəkkür edirəm. Xəstəxana müalicəm bitdi, evə buraxıldım. Hamıya sağlam günlər diləyirəm" deyə, aktyor söyləyib.

Qeyd edək ki, ikinci dəfə ata olmağa hazırlaşan Ali Sunal qayınanası və qayınatası Bülənt-Şahnaz Qurbanzadə ilə birlikdə koronavirusa yoluxub.