Litva hökuməti Rusiyanın tanınmış müğənniləri Filipp Kirkorov və Mixail Şufutinskinin ölkəyə girişinə qadağa qoyublar.

Open.az rus mətbuatına istinadən bildirir ki, bu barədə Litvanın Xariçi İşlər Naziri Qabrielyus Landsberqis bəyanatla çıxış edib.

Litvalı nazir hər iki müğənnini "Rusiya siyasətinin yüngül təbliğat" bələdçisi adlandırıb.

Hazırda Kirkorov və Şufutinski ilə bağlı Litva XİN-də işçi qrup yaradılıb. Nazirin sözlərinə görə işçi qrupunun yaradılmasında məqsəd, "qara siyahıya salınan bu və ya digər şəxsin haqqında əsaslı dəlillərin toplanmasıdır".

Qeyd edək ki, hər iki müğənninin Litvada baş tutacaq konsert proqramları koronovirus pandemiyasına görə təxirə salınıb. Kirkorov və Şufutinski isə ləğv edilən konsertlərinə görə, əvvəlcədən 30 min avro kompensasiya alıblar.

Baxmayaraq ki, başqa konsert təşkilatçıları da sığorta xarakterli məbləğləri əldə edərək, eyni şəkildə xərcləyiblər. Amma Litva mətbuatında Kirkorov və Şufutinskiyə ödənilən məbləğ mənfi rezonans doğurub.

Ülviyyə Həsənqızı

Kirkorov və Şufutinskinin Litvaya girişi qadağan olunub