ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək 91-ci Oskar mükafat mərasiminin aparıcılığını məşhur aktyor Kevin Hartın edəcəyi açıqlanıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən açıqlamadan sonra məşhur aktyorun 2010-ci ilə aid homoseksualizm əleyhinə "tweet"ləri ortaya çıxıb və sərt reaksiyaya səbəb olub.

Bu reaksiyalardan sonra Kevin Hart video yayımlayaraq, hər kəsdən üzr istəyib və hamını sevdiyini bildirib.

Kevin Hart Oskar mükafat mərasiminin aparıcısı olmaqdan imtina etdi

Hart Oskar mükafat mərasiminin aparıcısı olmaqdan imtina etdiyini vurğulayıb.

Qeyd edək ki, Oskar mükafatları fevralın 24-də ABC kanalında canlı yayımlanacaq mükafat mərasimində sahiblərini tapacaq.

Gülnar Qafarlı

Kevin Hart Oskar mükafat mərasiminin aparıcısı olmaqdan imtina etdi