“Səni sevməyi çox sevirəm, sevgilim. Yaxşı ki, varsan, yaxşı ki, doğulmusan və səninlə yaşamaq fürsətim olub. Daha bir gözəl yaşın olsun, üzün həmişə gülsün”.

Open.az xəbər verir ki, bu sözləri türkiyəli müğənni Kenan Doğulu sosial şəbəkə hesabında yazıb.

O, həyat yoldaşı, aktrisa Beren Saatı doğum günü münasibətilə təbrik edib.

Qeyd edək ki, ötən gün Beren Saatın 36 yaşı tamam olub.

Kenandan Berenə təbrik: Yaxşı ki, səninlə yaşamaq fürsətim olub