Türk kinosunun unudulmaz aktyoru Kemal Sunalın oğlu, aktyor Ali Sunalın doğum günüdür.

Open.az xəbər verir ki, bu gün 43 yaşı tamam olan Ali Sunalı təbrik edən anası Gül Sunal və bacısı Ezo Sunal eyni anda sosial media hesabından fotolar paylaşaraq, sevinclərini belə dilə gətiriblər.

Ali Sunal doğum gününü belə qeyd etdi-FOTO

Ali Sunalın bacısı Ezo Sunal da sosial mediadakı təbriklərə qoşularaq anasının hamilə vaxtındakı fotosunu paylaşaraq: "Anam bu fotoda hamilə... Alini gözləyirlər. Və sonra bu lokum kimi şirin və yaraşıqlı uşaq dünyaya gəlir. Nə yaxşı ki, doğulmusan Ali!!! Gözəl bir yaş, xoşbəxt bir ömrün olsun. Səni çox sevirəm" yazıb.

Ali Sunal doğum gününü belə qeyd etdi-FOTO

Gül Sunal da 43 yaşına qədəm basan oğlunu təbrik edərək: "Mənim biricik oğlum, canım bebeyim Alimm. Kemal səni ilk dəfə qucağına alanda "Heç üzündə dəlik olan körpə görməmişdim" demişdi. 22 sentyabr. Nə yaxşı ki, doğuldun yavrum" mesajını yazaraq, oğlunu ürəkdən təbrik edib.

Ülviyyə Həsənqızı

Kemal Sunalın ailəsi Ali Sunalın doğum gününü belə qeyd etdi-FOTOKemal Sunalın ailəsi Ali Sunalın doğum gününü belə qeyd etdi-FOTO