Bir zamanlar türk kinosunun məşhur aktrisası olmuş Pembe Mutlunun son halını görənlər illərin nə qədər amansız olduğunu dilə gətirirlər.

Open.az xəbər verir ki, Kamal Sunal, Şener Şen kimi sənətkarlarla eyni filmdə oynayan Pembe Mutlu, hazırda 66 yaşındadır.

Keçmişdən bu günə-66 yaşlı məşhur aktrisanın son halı

Qeyd edək ki, əsl adı Pembe Gül olan aktrisa 1955-ci ildə Denizlidə doğulub.

1980-ci illərdə "Yeşilçam" filmlərində müxtəlif obrazlar ifa edib.

"Çiçek Abbas", "Şaşkın Ördek", "Davaro" və s. kimi 100-dən çox filmdə dramatik və komik obrazlar ifa edib.

12 illik sənət fəaliyyətindən sonra kinodan uzaqlaşan aktrisa, hazırda sadə həyat tərzi keçirir.

Ülviyyə Həsənqızı

Keçmişdən bu günə-66 yaşlı məşhur aktrisanın son halı