Türkiyənin keçmiş Mədəniyət və Turizm naziri Ercan Karakaş sosial mediadan açıqlama yayıb.

Open.az xəbər verir ki, tanınmış aktrisa Müjde Arın həyat yoldaşı olan sabiq nazir, mətbuatda yayılan: "Müjde Ar koronavirusa yoluxub" iddialarına cavab verərək: "Həyat yoldaşım deyil, oğlum virusa yoluxmuşdu. Amma indi daha yaxşıdır" deyib.

Qeyd edək ki, Ercan Karakaş və Müjde Arın oğlanları Devrim Karakaş 15 gün əvvəl koronavirusa yoluxmuşdu. Hazırda müalicə alan D.Karakaşın vəziyyəti stabildir.

Ülviyyə Həsənqızı

Keçmiş mədəniyyət naziri açıqlama yaydı: Oğlum koronavirusa yoluxub