Keçmiş maniken Ebru Şancı əkiz övladlarını dünyaya gətirdikdən sonra, həyatını onlara bağlayıb.

Open.az xəbər verir ki, 36 yaşlı model sosial media hesabından etdiyi son paylaşımında: "Hər dəfə mənə üz dərimlə bağlı suallar verirsiniz. Bu gün sizinlə gözəllik sirrimi paylaşmaq istəyirəm. Belə ki, öz südümü üzümə çəkirəm. Hər səhər və axşam ana südü, yəni öz südüm ilə üzümü silirəm. Lap losyon kimi. Soyuducuda südümü saxlayıram və üzümə çəkirəm. Dərimə gözəl təsir edir. Sizlərə də məsləhət görürəm" deyib.

Üzümü öz südümlə silirəm