Tanınmış türk aktrisası, ən son "Yasak Elma" serialında görünən Yeliz Şar, keçmiş əri, aktyor Tolga Güleçi doğum günü münasibətilə təbrik edib.

Open.az xəbər verir ki, 5 illik evlilikləri 2018-ci başa çatan keçmiş cütlük, aralarında olan dost münasibətlərini davam etdirirlər.

Yeliz Şar sosial media hesabından : "Keçmiş həyat yoldaşım, can dostum, sirdaşım, nə yaxşı ki, doğuldun. Her anımda yanımdaydın. Səni ən çətin günlərimdə nə yaxşı ki, yanımda gördüm. Ömrün boyunca çox xoşbəxt ol" deyib.

Xatırladaq ki, Tolga Güleç "Öyle Bir Geçer Zaman Ki" serialında ifa etdiyi "Ahmet" obrazı ilə məşhurlaşıb.

Keçmiş həyat yoldaşını belə təbrik etdi: Keçmiş ər, can dost...