Türkiyəli müğənni Gökhan Özenin keçmiş həyat yoldaşı Selen Sevigen onu məhkəməyə verib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, buna səbəb müğənninin dəfələrlə uşaqlarına “Ananız mənə sizinlə görüşməyə icazə vermir. O çox pis anadır” deməsi olub.

Cütlük arasında gərginlik yenidən alovlanıb. Bundan sonra Selen "ata və uşaqları arasında şəxsi münasibətlərə yenidən baxılması" iddianaməsi ilə məhkəməyə müraciət edib.

Qeyd edək ki, cütlüyün iki qızı var. Sevigen evli olduqları zaman da müğənninin uşaqlara belə sözlər dediyini bildirib.