"Mucize Doktor" un Ferman’ı, aktyor Onur Tuna karantin günlərində bir çoxlarından fərqli olaraq, arıqlayıb.

Open.az xəbər verir ki, hər kəsin kökəldiyi və idmanla az məşğul olduğu günlərdə, arıqlayan və idman edərək əzələlərini nümayiş etdirən aktyorun fotosunu 80 min izləyici bəyənib.

Onur Tuna sosial media hesabından paylaşdığı fotosunda qeyd edib ki, karantin günlərində qarın piylərindən azad olub.

Aktyorun izləyiciləri "Karantin sizə yarayıb" yazaraq, onu bəyəndiklərini bildiriblər.

Karantində arıqlayan məşhurlar: Mucize Doktor