Məşhur türk aktyor Kadir Doğulu yeni layihə ilə ekranlara geri qayıdır.

Open.az xəbər verir ki, aktyorun rol alacağı serial “Aşkın tarifi” adlanır. O, bu haqda İnstaqram hesabında məlumat verib.

Doğulu artıq ekran işi üçün müqaviləyə də imza atıb. Serialın rejissoru Deniz Koloş, ssenari müəllifləri isə Doruk Erengül və Leyla Oterdir.