"Jet Sosyete" serialının aprelin 8-də nümayiş ediləcək yeni seriyası evdə çəkilib.

Open.az xəbər verir ki, Türkiyənin komediya serialı olan "Jet Sosyete" yeni bölümünü aktyorlar öz evlərində çəkiblər.

Sabah nümayiş ediləcək serial "Jet Sosyete" “#Evdekal Özel Bölümü” adlanır.

Serialın yaradıcı heyəti ilk dəfə belə şəraitdə çalışdıqlarını bildiriblər.

Ülviyyə Həsənqızı