Türkiyənin reytinqli seriallarından olan "İstanbullu Gelin"dən izləyicilərinə üzücü xəbər gəlib.

Open.az xəbər verir ki, serialın may ayının 31-də final edəcəyi məlumatı yayılıb.

Ekran işi izləyiciləri yormamaq və ssenarinin sıxıcı olmaması üçün finala gedəcək.

Qeyd edək ki, "İstanbullu Gelin" 3 sezon və 87 bölümlə reytinq siyahısında öz yerini tuta bilib.