Dünya şöhrətli Hollivud aktyoru Bredli Kuper və rusiyalı model İrina Şeyk qızları Leinin taleyi haqda razılığa gəliblər.

Open.az xəbər verir ki, bu barədə TMZ şəxsi mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, İrina və Bredli Nyu-Yorkda yaşamağa davam edəcək və uşağın üzərində himayəni bərabər böləcək. Hərçənd uşaq müxtəlif aylarda anasının gərgin iş qrafikinə görə atası ilə qalacaq.

Qeyd edək ki, cütlük 2015-ci ildən etibarən birlikdədir. Onlar 2019-cu ilin əvvəlində ayrılıblar.

Gülnar Qafarlı