Ötən gündən türk mətbuatının gündəmini müğənni Halil Sezai "zəbt edib".

Open.az xəbər verir ki, günün əvvəlində saxlanılan müğənni, daha sonra sərbəst buraxılıb. Amma kamera görüntüləri sosial mediada yayıldıqdan sonra türk polisi Halil Sezaini yenidən göz altına alıb.

Hadisə Halil Sezainin atası yaşında olan yaşlı adama əl qaldırması ilə başlayıb. Belə ki, film çəkilişləri üçün İstanbulun Tuzla səmtindəki evdə hazırlıq aparan müğənni və ona yaxın olan yaradıcı heyət, yan qonşunun "Səs-küy edirsiniz" sözləri ilə özlərindən çıxıblar.

Sonradan içkili olduğunu deyən Halil Sezai 67 yaşındakı kişini döyməyə başlayıb. Daha sonra polisdə verdiyi ifadəsində həmin qonşunun aylardır onu narahat etdiyini, təhqir dolu ifadələrlə özündən çıxardığını söyləyib.

“İncir Reçeli”ilə deyil, şiddətlə yadda qalacaq Halil Sezai

Halil Sezainin döydüyü Hüseyin Meriç adlı şəxs polisə gedərək, müğənnidən şikayət edib.

Türk ictimaiyyəti, mediası və sənət adamları Halil Sezaini kobudluğu və şiddətinə görə sərt şəkildə qınayıblar. Ötən gündən başlayaraq, müğənninin mahnıları radioalarda səslənmir.

"Romantik mahnılar"ın ifaçısının yaddaşlarda "İncir Reçeli" filmi ilə deyil, "mağara adamı" kimi qalacağını yazan tanınmış türk jurnalisti Ahmet Hakan, uzun məqaləsinin sonunda belə yazıb - "Bitdin sən, Halil Sezai"

Ülviyyə Həsənqızı

“İncir Reçeli”ilə deyil, şiddətlə yadda qalacaq Halil Sezai