ABŞ televiziya kritikləri ilin ən yaxşı serialının adını açıqlayıb.

Open.az “Deadline”a istinadən xəbər verir ki, bu, 4 nominasiya üzrə qalib olan “Gözətçilər” serialıdır.

Sözegedən ekran işi 1987-ci ildə Alan Murom və Deyv Gibbonsun yaratdığı eyniadlı komikslərin əsasında lentə alınan serialdır.

Qeyd edək ki, doqquz bölümdən ibarət olan serialın premyerası ötən il oktyabrın 29-da olmuşdu.