İbrahim Tatlıses özündən 43 yaş kiçik olan köməkçisi Gülçin Karakaya ilə eşq macərası yaşayır.

Open.az xəbər verir ki, bu xəbərlərin ardından sosial mediada yeni foto paylaşan İbrahim Tatlısesin keçmiş həyat yoldaşı Ayşegül YıldızGülçin Karakayanın tanış olduqları və birlikdə axşam yeməyi yemək üçün eyni masada əyləşdikləri meydana çıxıb.

Fotodan da göründüyü kimi İbo hər iki xanımla çox mehribandır. Bu foto ilə birlikdə İbrahim Tatlıses və Gülçin Karakayanın il yarımdır birlikdə olduqları, bu müddətdə münasibətlərini gizli saxladıqları da aşkara çıxıb.

İbrahim Tatlıses: "Önüm, arxam, sağım, solum güvəndədir. İkisinin də adında güllər var. Ayşegül və Gülçin xanımlar. Ayşegül xanım Elif Adamın anası, Çülçin xanım isə köməkçim. Daha mənə zaval yoxdur". deyib.

İbrahim Tatlısesin yeni sevgilisi və keçmiş həyat yoldaşı bir arada-FOTO