"Cahiliyyət dönəmində bir sürü çocuk yapıb, daha sonra peşman ola bilir. Bunlar üzülüb, qırılacaq şeylər deyil"

Open.az xəbər verir ki, İbrahim Tatlısesin keçmiş həyat yoldaşı və qızı Elif Adanın anası Ayşegül Yıldız ötən gün jurnalistlərlə söhbətində belə deyib.

İbrahim Tatlıses bir neçə gün əvvəl : "İndiki ağlım olsaydı, yeddi uşağımın olmasını istəməzdim. Allah insana övladının da xeyirlisini versin. Əgər vermirsə, heç verməsin. Çünki azı karar, çoxu zərər. Dövlət başçımızın da dediyi kimi üç övlad yetər də artar belə" sözləri gündəmə bomba kimi düşmüşdü.

Tatlısesin bu sözlərindən sonra onu qınayan, tənqid edənlərin sırasında İbonun keçmiş xanımları da var idi.

Ən kiçik qızı Elif Adanın anası, Ayşegül Yıldız müxbirlərin suallarını cavablandırarkən: "Bəlkə o üç uşaqdan biri Elif Adadır. Haradan bilirsiniz? İnsanlar təbii ki, övladları ilə bağlı zaman-zaman belə fikirlər bildirə bilərlər. Əsəbləşib bəzi sözlər deyə bilərlər. Belə sözləri çox da şişirtmək lazım deyil" deyib.

Müxbirlər isə Ayşegül Yıldızın bu açıqlamasından sonra onun İbrahim Tatlısesi tənqid və ya təqdir etdiyini anlaya bilməyiblər.

İbrahim Tatlısesin keçmiş xanımı: Cahiliyyət dönəmində bir sürü...