9 illik fasilədən sonra ekranlara dönən İbrahim Tatlısesin bu dəfəki qonağı, dostu Mehmet Ali Erbil olacaq.

Open.az xəbər verir ki, "İbo Show" çəkilişləri üçün Mehmet Ali Erbili evində ziyarət edən İbrahim Tatlıses, proqramı dostunun evində lentə aldırıb.

Mehmet Ali Erbilin xəstə olması və ev şəraitindən kənara çıxmasının onun üçün ziyanlı ola biləcəyini nəzərə alan İbrahim Tatlıses, çəkilişləri qədim dostunun evində həyata keçirib.

Proqramda Mehmet Ali Erbilin yaxın dostları Tolga Yüce və Ercan Avşar da çıxış edib.

Mehmet Ali Erbilin evindən çəkilən fotoları, şoumenin qızı Sezin Erbil sosial media hesabından paylaşıb.

Fotolardan göründüyü kimi 63 yaşlı M.A.Erbil dostunu görməkdən çox məmnun olub.

Ülviyyə Həsənqızı

İbrahim Tatlıses dostu Mehmet Ali Erbili ziyarət etdiİbrahim Tatlıses dostu Mehmet Ali Erbili ziyarət etdi