Fox TV-də yayımlanacaq və baş rollarında Mehmet Aslantuğ, Hülya Avşar, Deniz Çakır, Tolga Güleç, Fikret Kuşkan və Miray Danerin çıxış etdiyi "Yaşı 19" serialının adı dəyişdirilib.

Open.az xəbər verir ki, ilkin məlumatı görə serial-"Masumiyet" adlanacaq.

Son zamanlar Türk televiziyalarında məsumlar ifadəsi bir neçə film və serialda istifadə edilib. Buna misal kimi TRT1-də yayımlanan "Masumlar Apartmanı"nı göstərmək olar. Belə ki, həmin serialın da ilk variantda adı "Çöp Apartmanı" idi. Amma sonradan serial "Masumlar Apartmanı" oldu.

İndi də eyni aqibət "Yaşı19" serialını gözləyir. Serialın yaxın günlərdə nümayiş ediləcəyi deyilir.

Qeyd edək ki, bir müddət əvvəl Kanal D'də nümayiş edilən "İyi Aile Babası" serialının da adını dəyişdiriblər. Bundan sonra serial "Babam Çok Değişti'" adlanacaq.

Hülya Avşarın çəkildiyi Yaşı 19