Türkiyənin məşhur aktrisası Hülya Avşarın 30 ildir imza atdığı hər bir film, serial, reklam və proqramda ən az iki tələbəyə iş imkanı yaratdığı ortaya çıxıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, H.Avşar imzaladığı layihədə qoyduğu şərtlə indiyə qədər 350 nəfərə iş qapısı açıb.

Belə ki, aktrisa və qrupu universitetdən məzun, ailəsini saxlamaq məcburiyyətində olan 2 gəncə iş veriləcək şərtinin yer aldığı müqaviləyə imza atır.

Gözəlliyi və iştirak etdiyi layihələrdəki bacarığına görə daim adından söz etdirməyi bacaran H.Avşar ortaya çıxan yaxşılıqları ilə də pərəstişkarlarından alqış toplayıb.

Gülnar Qafarlı