Məşhur amerikalı aktrisa və müğənni Doris Dey vəfat edib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Hollivudun əfsanə aktrisalarından olan Doris 97 yaşında sətəlcəmdən həyatını itirib.

Qeyd edək ki, 1950- 60-cı illərdə rol aldığı filmlərlə bütün dünyada şöhrətə qovuşan aktrisa "Pillow Talk", "Love Me or Leave Me", "Romance on the High Seas" və "Calamity Jane" kimi filmlərdə rol alıb.

Dörd dəfə evlənən Doris 2004-ci ildə həyatını itirən Terri Melcher adında bir oğlu var idi.

Gülnar Qafarlı

Hollivud ulduzu vəfat edib