Uğur Akkuş həyat yoldaşı Ebru Şallıya toyda 200 min lirəlik (60 min manata yaxın) brilyant üzük hədiyyə etmişdi.

Open.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Uğur indi də İstanbulun Bebek səmtindəki lüks villasını Ebrunun adına keçirib.

Cütlük ötən ay ailə qurub. Ebru və Uğurun toy fotolarında diqqət çəkən məqam modelin barmağındakı 200 min lirəlik brilyant üzük idi. Toy mərasimində cütlüyün yaxın dostları iştirak etmişdi.

Qeyd edək ki, Bebek səmtindəki villanın dəyəri 1 milyon dollardır.