Son zamanların ən reytinqli serialı olan "Hərcai"nin xüsusi çəkilişi olub.

Open.az xəbər verir ki, Türkiyənin Mardin bölgəsində lentə alınan ekran işinin son səhnələrindən biri üçün İstanbuldan çəkiliş komandası dəvət olunub. 12 nəfərlik heyət üzvü baş rol ifaçıları Miran və Reyyanın yağışda olan səhnəsi üçün xüsusi çəkiliş aparıb.
Bunun üçün 12 saat süni yağış yağdırılıb. Baş rolları canlandıran Ebru Şahin və Akın Akınözü bu səhnəyə görə, 6 saat yağışda islanmalı olublar.

Qeyd edək ki, serialın son bölümü reytinq cədvəlində birinci olub.